Azad Media Susdurula Bilməz!
Daxili İşlər Naziri Vilayət Eyvazov cənablarına Xüsusi Müraciət
GÜNDƏM

Daxili İşlər Naziri Vilayət Eyvazov cənablarına Xüsusi Müraciət

Ümüd edirəm ki yazdıqlarım oxunduqdan sonra sizin tərəfinizdən qəbul  olunmağım üçün rəhbər şəxslər sizə məruzə edərək bildiriləcəkdir. 
Cənab Vilayət Eyvazov təyin olunduğunuz gündən Ölkə başçısının etimadını doğrultmuş olduğunuz üçün sizə müraciət ünvanladım. Şəffaf qurum rəhbəri olaraq insani keyfiyyətlərinizə, dürüst idarəçiliyinizə arxalanaraq mənə kömək etməyinizi xahiş edirəm. Media nümayəndəsi olaraq Müsbət cavab almaq ümidilə geri dönüş edəcəyinizə inanıram. 

Media Rəhbəri olaraq qeyd edəcəyim mövzu ictimai çaşqınlıq yaratmaması üçün dövlətimizin mənafei naminə problemin nədən ibarət olmasını ictimaiyətə açıqlamıram.  Gördüyünüz böyük işlərə xələl gəlməməsi üçün  bəzi polis əməkdaşlarının vəzifə səlahiyyətlərini aşması nəticəsində anti-milli qüvvələr tərəfindən müxtəlif təzyiqlərə məruz qalmışam. Polis orqanlarında xidmət edərək radikal müxalifətə müəyyən şərait yaratmaqla ölkə başçısının daxili və xarici siyasətinə və sizin uğurlu xidmətinizə kölgə salmaq istəyən əməkdaşların vaxtında qanuni tədbirlərin görülməsi və  polis adına ləkə vurulmaması üçün çıxış yolunu yalnız sizin şəxsi qəbulunuza  dəvət edilərək birbaşa müraciətimi sizə çatdırmaqda görürəm.
Dəfələrlə müəyyən rəhbər şəxslər baş vermiş hadisənin  səbəblərini bilsələr də heç bir köməklik göstərilməyib. 
İmza: R B.B 

Əlaqə Nömrə
+994 50 303 66 76 (Zəng)
+994 55 262 66 76 (Whatsapp)


Ps: Qeyd Edim ki Vətən Müharibəsi zamanı Könüllü iştirakçı olmuşam Xidməti fəaliyyətim zamanı yaxın məsafəyə düşmüş artilleriya  mərmi partlayışı zamanı aldığım xəsarətlərdən eşitmə və nitq qüsurum var. Müəyyən rəhbər şəxslərin zəng edərək təhdid ilə danışması affekt vəziyyət, həyəcan yaradır. Düşündüklərimi  ifadə etməkdə çətinlik çəkdiyim üçün şəxsən sizin tərəfinizdən qəbul edilərək sərbəst şəkildə 10 dəqiqə məni dinləmənizi xahiş edirəm.

IRON MAX AZERBAIAN