Azad Media Susdurula Bilməz!
Gəncədə 6 şagird məktəbdə zəhərləndi
GÜNDƏM

Gəncədə 6 şagird məktəbdə zəhərləndi

Gəncə şəhər 3 nömrəli tam orta məktəbdə şagirdlər arasında zəhərlənmə olub.

Bu barədə Bakufakt.az-a Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən məlumat verilib.

TƏBİB-dən isə bildirilib ki, oktyabrın 7-də saat 11:30 radələrində Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə zəhərlənmə ilə 6 yeniyetmə daxil olub.

İlkin tibbi yardım göstərildikdən sonra onlardan 4-ü ambulator müalicə üçün evə buraxılıb. Hazırda 2 nəfərin müalicəsi tibb müəssisəsinin İntensiv terapiya şöbəsində davam edir, vəziyyətləri orta sabitdir

IRON MAX AZERBAIAN