GÜNDƏM
Bakıda maşında baş verən yanğın binaya keçdi.
Bakı şəhərinin Nərimanov rayonunda beşmərtəbəli yaşayış binasının qarşısında dayanan “Chery” markalı minik avtomobilinin yanar hissələri yanıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, yüksək temperaturdan binanın ikinci mərtəbəsində ümumi sahəsi 35 kvadratmetr olan mənzilin eyvanının lambirdən ibarət üzlüyü əriyib. Yaxınlıqda dayanan avtomobillər və bina yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.