Azad Media Susdurula Bilməz!
Novxanıda hotel YANDI -
GÜNDƏM

Novxanıda hotel YANDI -

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Binəqədi rayonunun Novxanı qəsəbəsində yerləşən “Spring” otelində yanğın baş verməsi barədə məlumat daxil olub.

Bakufakt.az xəbər verir ki, əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə bölmələri və Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri cəlb olunub.

Həyata keçirilmiş təcili və təxirəsalınmaz tədbirlər, o cümlədən yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində otel binasına bitişik yardımçı tikilidə baş vermiş yanğın genişlənməsinə, habelə otel binasına keçməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 25kv.m olan sauna otağının yanar konstruksiyaları yanıb, yüksək temperaturdan hovuz bölməsinin alüminium materialından ibarət tavanı 60kv.m sahədə əriyib. Yanğın zamanı tikilinin 2-ci mərtəbəsində yerləşən banket zalından 50 nəfər vətəndaş FHN əməkdaşları tərəfindən təxliyə olunub.

Ümumi sahəsi 4200kv.m olan 4 mərtəbədən ibarət yardımçı tikilinin böyük hissəsi və otel binası yanğından mühafizə olunub.

***

Saat 21:20

Fövqəladə Hallar Nazirliyinin (112) qaynar xətt telefonuna Novxanı qəsəbəsində yanğın olması barədə məlumat daxil olub.

FHN-in mətbuat xidmətindən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, yanğınsöndürənlər ünvana çatdıqdan sonra yanğının "Spring" Hotelin yardımçı tikilisinin hamam və sauna bölməsində baş verdiyi məlum olub. Binadakı şəxslər təxliyə olunub, xəsarət alan yoxdur.

Yanğından mühafizə qüvvələrinon operativ müdaxiləsi nəticəsində alovun otelin əsas binasına keçməsinin qarşısı alınıb, otel binası yanğından mühafizə olunub.

Yanğın söndürülüb.

IRON MAX AZERBAIAN