Azər Nadirov Və Spartak Nadirov Qardaşları Masallı Rayonunda Vətəndaşlara Qənim Kəsilib?
Masallı rayon sakini Əhəd Əhədov bildirib ki, 29 may 2022-ci il tarixində, I qrup əlil Emin Əhədov, qonşusu Spartak Nadirov və Azər Nadirov tərəfindən vəhşicəsinə döyülüb. Qolunun bazu sümüyü sındırılıb və həmin qol əmək qabiliyyətini itirib. Hətta həkimlər deyir ki, gələcəkdə bu qol funksiyasını tamamən itirib, amputasiya belə oluna bilər. Bütün bunlar rəğmən, Masallı polisi 4 aya yaxındır bu cinayətkarlar barədə heçbir tədbir görmür. Cinayət işini yüngülləşdirmək üçün, polis öz gücündən faydalanaraq Azər Nadirovə və Spartak Nadirova dəstək verir. Bizlər polisin etimadına xələl gətirmək istəmirik. Lakin polis içində bəzi şəxslər var, açıq şəkildə bu cinayətkarlara dəstək verir və onları himayə edir. Masallı polisindəki bəzi şəxslər bu cinayəti ört-basdır etməyə çalışır. Hətta zərərçəkənin ailəsinə müxtəlif yollarla təzyiq edərək, onları şikayəti geri götürməyə məcbur edirlər. Nadir və Spartak Nadirovlar uzun müddətdir ki, Masallı rayonunda sələmçi kimi fəaliyyət göstərirlər. Onlar borclu vətəndaşlara qara yollarla hədə-qorxu gəlməkdən belə çəkinmirlər. Bununla bağlı dəfələrlə səs yazıları sosial şəbəkələrdə ictimailəsdirilsə də heç bir qurum məsələyə məhəl qoymur.