Azad Media Susdurula Bilməz!
Vətəndaşı döyərək əlil edən Spartak Nadirovu kimlər himayə edir- MÜRACİƏT
GÜNDƏM

Vətəndaşı döyərək əlil edən Spartak Nadirovu kimlər himayə edir- MÜRACİƏT

Masallı rayon sakini Əhəd Əhədov bildirib ki, 29 may 2022-ci il tarixində, I qrup əlil Emin Əhədov, qonşusu Spartak Nadirov və Azər Nadirov tərəfindən vəhşicəsinə döyülüb. Qolunun bazu sümüyü sındırılıb və həmin qol əmək qabiliyyətini itirib. Hətta həkimlər deyir ki, gələcəkdə bu qol funksiyasını tamamən itirib, amputasiya belə oluna bilər. Bütün bunlar rəğmən, Masallı polisi 4 aya yaxındır bu cinayətkarlar barədə heçbir tədbir görmür. Cinayət işini yüngülləşdirmək üçün, polis öz gücündən faydalanaraq Azər Nadirovə və Spartak Nadirova dəstək verir. Bizlər polisin etimadına xələl gətirmək istəmirik. Lakin polis içində bəzi şəxslər var, açıq şəkildə bu cinayətkarlara dəstək verir və onları himayə edir. Masallı polisindəki bəzi şəxslər bu cinayəti ört-basdır etməyə çalışır. Hətta zərərçəkənin ailəsinə müxtəlif yollarla təzyiq edərək, onları şikayəti geri götürməyə məcbur edirlər. Nadir və Spartak Nadirovlar uzun müddətdir ki, Masallı rayonunda sələmçi kimi fəaliyyət göstərirlər. Onlar borclu vətəndaşlara qara yollarla hədə-qorxu gəlməkdən belə çəkinmirlər. Bununla bağlı dəfələrlə səs yazıları sosial şəbəkələrdə ictimailəsdirilsə də heç bir qurum məsələyə məhəl qoymur.

Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis baş leytenantı Məhəmməd Rzayev AzTimes.az-ın sorğusuna cavab olaraq bildirib: May ayında Masallı rayon sakini E. Əhədova xəsarət yetirilməsi faktı ilə bağlı Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 127-ci maddəsilə cinayət işi başlanılıb, bütün zəruri prosessual hərəkətlər həyata keçirilib. Lakin E. Əhədovun atasının vəsatəti əsasında oğlunun aldığı xəsarətin dərəcəsinin müəyyən edilməsi üçün üçüncü dəfə məhkəmə-tibbi ekspertizası təyin edilib. Həmin ekspertizanın nəticəsi alındıqdan sonra cinayət işinin istintaqı yekunlaşdırılaraq iş məhkəməyə göndəriləcək. E. Əhədovun sentyabr ayında aldığı xəsarətə gəldikdə isə araşdırma zamanı müəyyən olunub ki, ruhi əsəb xəstəsi olmaqla 1-ci qrup əlil olan həmin şəxs yaşadığı evin yaxınlığında Masallı rayon sakini S.Səfərova qarşı nalayiq ifadələr işlətdiyindən tərəflər arasında mübahisə yaranıb və bu zaman S.Səfərov başı ilə onun burun nahiyəsinə vuraraq xəsarət yetirib. Həmin faktla bağlı Masallı RPŞ-də başlanılmış cinayət işinin istintaqı davam etdirilir.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

IRON MAX AZERBAIAN