Azad Media Susdurula Bilməz!
Bakıda yol polisi ilə sürücü arasında insidentin- AÇIQLAMASI!
GÜNDƏM

Bakıda yol polisi ilə sürücü arasında insidentin- AÇIQLAMASI!

Bakıda yol polisi ilə sürücü arasında insident yaşanıb. 

Bakufakt.az xəbər verir ki, görüntülər sosial şəbəkələrdə yayılıb

Görüntülərdə sürücünün və polisin gərgin olduqları, mübahisə zəminində bir-birinə qarşı kobudluq nümayiş etdikləri əks olunub. 

Yayılan video ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Bakufakt.az-a açıqlamasında bildirib ki, bu, yeni görüntü deyil:

“Sürücü taksi fəaliyyəti ilə məşğul olub, avtomobilinin üzərində 3 ayı tamam olmuş cərimələrinə görə həbs qərarının olduğu ona izah olunub. Sürücü 90-DH-093 dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Mehdiyev Səməndər Rizvan oğludur. Bildirilib ki, bu halda İnzibati Xətalar Məcəlləsinin 96-cı maddəsinin tələbinə görə avtomobil duracağa təmin olunmalıdır. Əvvəl razılığını bildirib, daha sora avtomobilə əyləşərək, qapıları bağlayıb, həmin yerdən uzaqlaşmağa çalışıb, bu zaman videodan da göründüyü kimi polis əməkdaşı əlini qapıya atanda ayağı ilə onun əlini sıxır və çəkiliş edib gərginliyi məqsədli şəkildə öz xeyrinə göstərməklə qanuni işini görən polisi nüfuzdan salmağa çalışır. Şəxs aidiyyəti üzrə ərazi polis bölməsinə aparılıb.

Nizami Rayon Məhkəməsinin qərarı ilə polisin qanuni tələbinə tabe olmadığı üçün barəsində 10 sutka həbs qərarı verilib. Daha sonra isə himayəsində azyaşlı uşaq olduğunu əsas tutaraq məhkəmə qərarından apellyasiya şikayəti verib və cəza növünün cərimə ilə dəyişdirilməsini istəyib, lakin qərar qüvvədə saxlanılıb. Polis qanuna tabe olmayan şəxsin özbaşınalığına hüquqi qiymət verərkən çətin anlar yaşanıla bilər, lakin hər hansısa çəkiliş və ya digər bu tip videolara görə öz işinə qarşı qətiyyətli münasibətini dəyişməməlidir. Hərə əlinə bir telefon götürüb video ilə polisin işinə müdaxilə edib nizam-intizama təsir etməyi düşünürsə, yanılır. Belə əməllərdənsə qanunların tələbini vaxtında icra edib vəziyyəti gərginləşdirməməyi tövsiyə edirik”.

IRON MAX AZERBAIAN