Azad Media Susdurula Bilməz!
CƏBHƏDƏN XƏBƏR VAR
GÜNDƏM

CƏBHƏDƏN XƏBƏR VAR



Bizdə olan məlumata görə, bu gün də Zəngilan istiqamətində kiçik sərhəd hadisəsi baş verib. Ermənistan Respublikasının “Yerkrapa” könüllülərinin hərbiləşdirilmiş birliyinin üç üzvü göstərilən istiqamətdə postlarımızdan birinə hücum edib.

Sərhədçilərimizin xəbərdarlıq atəşindən sonra erməni silahlıları mövqemizi atəşə tutublar. Azərbaycan Dövlət Sərhəd Xidmətinin bölmələrinin cavab atəşi nəticəsində hücum edənlərdən biri yaralanıb.

Erməni tərəfi hərbi kanallar vasitəsilə hadisəyə görə üzr istəyib, Yerkrapa könüllülərinin sərxoş vəziyyətdə olduğunu və belə bir hadisənin komandanlıqla heç bir şəkildə razılaşdırılmadığını qeyd edib. Hadisə aradan qaldırılıb, hazırda sərhəd bölgəsində vəziyyət sakitdir.

Mənbə: Caliber

 

IRON MAX AZERBAIAN