Hava bu tarixdən dəyişəcək - RƏSMİ
İnsanın havadan asılılığı danılmazdır. Orqanizmimiz havanın istənilən dəyişməsinə kifayət qədər həssasdır.
Genetik səviyyədə müxtəlif iqlim qurşaqlarında yaşayan əhalinin havanın istər isti, istərsə də soyuq olmasından asılı olmayaraq yerli iqlim şəraitinə uyğunlaşma qabiliyyəti var. Lakin hava göstəriciləri qəbul edilmiş iqlim normasından, başqa sözlə desək, müəyyən bir ərazi və ilin müəyyən bir fəsli üçün səciyyəvi olan hava şəraitinin orta göstəricilərindən əhəmiyyətli dərəcədə fərqləndikdə insan orqanizmi müəyyən reaksiya verir”.
Bakufakt.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib..
“Cənubda yerləşən ölkəmiz isti günəşli günlərin çox olması ilə səciyyələnir. Hətta bu günlərdə bölgələrdə 38, paytaxtda isə 33 dərəcə istinin qeydə alınması sentyabr ayı üçün qeyri-adi hadisə deyil”.
Xidmət rəisi onu da qeyd edib ki, son günlər paytaxtda havanın temperaturu iqlim normasından 6 dərəcə yüksəkdir.