Azad Media Susdurula Bilməz!
Bakıda su sayğacı ilə bağlı yeni FIRILDAQÇILIQ-
GÜNDƏM

Bakıda su sayğacı ilə bağlı yeni FIRILDAQÇILIQ-

Bakının Nəsimi rayonunun ərazisində “Azərsu”  ASC-nin abonentinə qarşı dələduzluq faktı aşkarlanıb.

ASC-dən Bakufakt.az-a verilən xəbərə görə, özlərini Elnur və Namiq kimi təqdim edən şəxslər Nəsimi rayonu 20 Yanvar küçəsi 25, mənzil 15 ünvanında yaşayan abonentdən 10 il müddətində yaşadıqları ünvana sayğac quraşdırılmaması müqabilində 50 manat alıblar. Həmin şəxslər vətəndaşı bu qanunsuz əmələ inandırmaq üçün Rüstəmov Namiq Ruslan oğlunun adına olan kassa mədaxil qəbzi də təqdim ediblər. Verilmiş qəbzin üzərində vətəndaşın yaşadığı ünvan deyil, 133-cü bina 5-ci mənzil göstərilib. Qəbzin arxa hissəsində 10 il ərzində sayğacın quraşdırılmayacağı barədə qeyd də yazılıb.

“Azərsu” ASC olaraq bildiririk ki, bu cür hallar tamamilə qanunaziddir, hər hansı ödənişin müqabilində sayğacın quraşdırlmaması kimi xidmət mövcud deyil. Bir daha abonentlərin diqqətinə çatdırırıq ki, mənzillərə yaxınlaşan və özünü “Azərsu” ASC-nin əməkdaşı kimi təqdim edən şəxslərdən mütləq qaydada xidməti vəsiqə tələb etsinlər. Xidməti vəsiqə təqdim etməyənlərin tələblərini yerinə yetirməsinlər və suallarını cavablandırmasınlar. Belə qeyri-qanuni əməllərlə rastlaşdıqda və şübhə doğuran hallarla qarşılaşdıqda dərhal 955 Zəng Mərkəzinə məlumat versinlər.

Abonentlərdən xahiş olunur ki, yaşadıqları ünvana yaxınlaşan “Azərsu” ASC-nin əməkdaşları da daxil olmaqla heç kimə nağd pul ödəməsinlər, içməli və tullantı su xidmətlərindən istifadəyə görə ödənişləri internet üzərindən (azersu.az saytı, e-su.az portalı, müxtəlif ödəmə saytları), bank, poçt şöbələri, həmçinin ödəmə terminalları vasitəsilə həyata keçirsinlər.

IRON MAX AZERBAIAN