Biz hər zaman demişik və deyirik
Tarix boyu bizə qarşı olunan qanlı hadisələrin, təxribatların kökündə, arxasında və önündə rusiya ilə iran durur.
Güney Azərbaycan istiqlal qazanmayınca nə bu çilə nə də bu savaş bitməyəcək.
Dövlətimiz hər zaman təzyiq və tahdit altında, torpaqlarımız isə təhlükə altında qalmaqda davam edəcək.
Qarabağa, Şuşaya, Zəngəzura geden yol Təbrizdən, Turana gedən yol isə
Bütöv Azərbaycandan keçir.
1 il də keçsə, 10 il də keçsə bizim həqiqətlərimiz öz doğruluğun qoruyacaq.
Necə ki, 30 ildən artıqdır qorumaqdadır.
Millət öz kimliyini tam dərk etməyincə və milli iradəsini tam ifadə etmək gücündə olmayana qədər bu əsarət, bu çilə davam edəcək.
Görünür hələ də zamana ehtiyac var və ya biz bir millət olaraq zamanı zamnında haqlaya bilmirik.
Yaranmış yaranan və yaranacaq hər bir tarixi şansı əldən veririk.
Biz desək ki, bu gün tam zamanıdır güləcəksiz və yenədə inanmaycaqsız.
Ona görə danışmağımız önəm daşımır.
Amma biləsiniz bu gün həqiqətən də TƏBRİZ deyib ayaqda olmağın tam zamanıdır.
Rusiya və iranın qorxulu yuxusu və onları yerində oturdacaq tək Şüar.
Həm də dünya qarşısıda bu gün onların "miflərinin" çürüməkdə və batmaqda olan bir zamanında.
Əsrlərdən bəri, bu gün də davam edən böyük bir mücadilənin və savaşın içindəyik
Tanrı bu qudsal davamızda millətimizə, dövlətimizə, ordumuza, əsgər və zabitlərimizə yar olsun.
Amin.