Azad Media Susdurula Bilməz!
Bakufakt.az Baş Redaktor yazır...
GÜNDƏM

Bakufakt.az Baş Redaktor yazır...

Biz Birlikdə Güclüyük
Öz xarakterimizə uyğun olaraq hamıya bir gözlə baxırıq. Ancaq düşmənə daha diqqətlə baxırıq və hər şeyi görürük, bilirik, bildiklərimizi çox zaman deməsək də... Buna görə uğurlu və dərin siyasəti olan bir millət, iki dövlətik-Azərbaycan və Türkiyə.

Dövlətlər bayrağı, gerbi ilə tanınır, döyüş bayrağı ilə seçilir. Bayrağımız altında bütün xalqımız, Vətən və millət yolunda şəhid olmağa hazır mərd oğullarımız birləşib. Savaşlar bitsə də, müharibələr həmişə davam edir. 

Ən son müharibə dövründəyik. Sosial müharibə gedir, bu dönəmdə həm də beyinlər savaşır. Bu müharibədə tək hərb gücü ilə deyil, surətli inkişafla da qalib gəlmək lazımdır. Bu isə inkişafı öz yolu seçən ölkənin sərkərdəsinin dəqiq qərarlarıdır. Bu gün bu qərarları, tapşırıqları vicdanla yerinə yetirən hər bir vətəndaş- sən, mən, o, biz- hamımız İlham Əliyevik... 

Ona görə müasir, modern siyasət gəncləşdirilir. Gənc insan həm də sağlam təfəkkür, yüksək əhval-ruhiyyə perspektivli kadr deməkdir. Gücümüzü bilirlər... Ona görə də unutmayaq-Biz Birlikdə Güclüyük!

Müəllif Hüquqları Qorunur....
Müəllif Director Media Group  R.B

IRON MAX AZERBAIAN