Azad Media Susdurula Bilməz!
"İki milyon manat toplamışdım" - "12-ci imam"ın zəkat yığanı
GÜNDƏM

"İki milyon manat toplamışdım" - "12-ci imam"ın zəkat yığanı

40 nəfərə qarşı dələduzluq etməkdə ittiham olunan Aqil Babayevin cinayət işi üzrə məhkəmə araşdırması davam etdirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən bugünkü iclasda zərərçəkmiş Samir Cəfərov ifadə verib.

Samir Cəfərov cinayət işi üzrə ona 149 min manat ziyan dəydiyini iddia edib: “Aqil Babayevlə 2012-ci ildə qardaşım vasitəsilə tanış olmuşam. Özüm ibadətlə məşğul olduğum üçün təşkil etdiyi dini məclislərdə iştirak etdim. Həmişə 12-ci imam olması barədə işarələr verirdi. Bir gün də məni çağırıb onun 12-ci imam olmasını qəbul edib-etmədiyimi soruşdu, dedim bəli, edirəm. 2014-cü ildə 6 mərtəbəli bina evi tikməyə başlamışdım. Aqil Babayev həmin vaxt gəlib tikilən evin 2-ci və 3-cü mərtəbələrini ona satmağımı istədi. 8 evə görə 448 min manat verməli idi, 210 min manatını verdi, digər hissəsi qaldı. Mənzili başqa bir nəfərlə şərik tikirdik, ona görə qalan pulun yarısını 149 min manatı mənim idi. Hələ də pulu ala bilməmişəm”.

IRON MAX AZERBAIAN