Azad Media Susdurula Bilməz!
Ceyhun Əsgərovun durumu ilə bağlı TƏBİB-dən AÇIQLAMA
GÜNDƏM

Ceyhun Əsgərovun durumu ilə bağlı TƏBİB-dən AÇIQLAMA

Biz ona tibbi yardım etməyə hazırıq".

Bu gün tanınmış jurnalist, Milli Qəhrəman Salatın Əsgərovanın oğlu Ceyhun Əsgərov Facebook hesabında paylaşım edib.

O, paylaşımında bir saata həyatdan gedəcəyini bildirib.

Bununla bağlı "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi"nin (TƏBİB) İctimaiyyətlə əlaqələr və tədbirlər şöbəsinin müdiri Zamirə Ədilovanın AZXEBER.COM-a verdiyi məlumata görə, Ceyhun Əsgərova yardım göstərilib, dispanserə yerləşdirilmək təklif edilsə də, o bundan imtina edib:

"Ceyhun Əsgərovun durumundan xəbərdarıq. Ceyhun Əsgərova daim yardım göstərilib, onun üçün təcili tibbi yardım briqadası da ayrılıb. Ona evində yardım göstərilib və Kliniki Tibbi Mərkəzdə müalicə alıb. Biz hətda Səhiyyə Nazirliyi ilə də danışıqlar aparıb, Ceyhun bəyin dispanserə yerləşdirilməsini də təklif etmişik. Ancaq o bundan imtina edib. Biz yenə də lazım olan tibbi yardımı ona etməyə hazırıq".

IRON MAX AZERBAIAN