Azad Media Susdurula Bilməz!
Azərbaycanlı həkim Türkiyədə faciəvi şəkildə öldü
GÜNDƏM

Azərbaycanlı həkim Türkiyədə faciəvi şəkildə öldü

Azərbaycanlı həkim Türkiyədə faciəvi şəkildə ölüb.

Bu barədə məlumatı onun həkim dostu, tanınmış infeksionist Vasif Əliyev ictimailəşdirib.

Uzman həkim Elnur Rufullayev sentyabrın 6-da işdən sonra yolu keçmək istəyərkənavtomobil vurub. Nəticədə o, dünyasını dəyişib.

"Daim xatirələrdə gülərüz, xoş anlarla yadda qalacaqsan. Allah rəhmət eləsin. Ailəsinə səbr versin", - həkim vurğulayıb.

Qeyd edək ki, 1985-ci il təvəllüdlü E.Rufullayev Türkiyədə özəl xəstəxanaların birində çalışırdı. İnfeksion Xəstəliklər və Klinik Mikrobiologiya mütəxəssisi, 2002-2008-ci illərdə Azərbaycan Tibb Universitetində, daha sonra isə İstanbul Universitetinin tibb fakültəsində təhsil almışdı.

IRON MAX AZERBAIAN