Azad Media Susdurula Bilməz!
Azərbaycan bağçalarında SAXTAKARLIQ – Adı var, özü yox
GÜNDƏM

Azərbaycan bağçalarında SAXTAKARLIQ – Adı var, özü yox

​​​​​

 

“Aparılan monitorinqlər nəticəsində müşahidə etdik ki, bağçada uşaq olmasa da, adı siyahıda olanlar olub”.

Bunu Elm və Təhsil Nazrliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev “Media və təhsil dialoqu” mövzusunda keçirilən təlim-seminarda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, məktəbəqədər təhsil müəssisələrinin Elm və Təhsil Nazirliyinə verilməsindən sonrakı müddətdə 1700 bağçanın 1500-də monitorinq keçirilib.

"Görürdük ki, orada təqdim olunan tədrisin məzmunu çoxunda oxşardır. Həll olunmalı bir neçə məsələ var idi. İlk məsələ uşaqların məlumatlarının vahid informasiya sisteminə toplanması idi. Çünki bəzən bağçaya gəlməyib adı sənəddə olan uşaq var idi. Məlumat bazası artıq formalaşdırılıb. İki ay müddətində uşaqların qeydiyyatı ilə bağlı çox şikayət olurdu. Artıq məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu iyulun 22-dən elektronlaşdırıldı. Bəzi çətinliklər hələ də var, çünki bu, yeni fəaliyyətdir".

IRON MAX AZERBAIAN