GÜNDƏM
“Tik-tok”da reytinqə görə azyaşlı uşağa siqaret çəkdirdi
Sosial şəbəkələrdə azyaşlı uşağa tütün məmulatı verən şəxsin görüntüləri yayılıb.
Bakufakt.az xəbər verir ki, görüntülərdə bir şəxsin azyaşlı uşağa siqaret verməsi əks olunub.
Məsələyə Daxili İşlər Nazirliyindən münasibət bildirilib. DİN-in mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev bildirib ki, həmin şəxs polis tərəfindən müəyyən olunaraq saxlanılıb:
"2000-ci il təvəllüdlü şəxs polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb. O, ilkin izahatında bildirib ki, azyaşlı onun qohumudur, sosial şəbəkələrdə reytinq-diqqət çəkmək üçün belə bir paylaşım edim. Hazırda araşdırmalar davam etdirilir. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcəkdir”.