Vətəndaşa Hücum çəkərək xəsarət yetirdilər
Müraciətçi yazır. Xətai rayonunda yerləşən Bakı Əyləncə Mərkəzində yerləşən Karoake clubda istrahət edərkən mənim üzərimə ilk öncə bir "qadın" tərəfinən hücum olundu və sonra məni clubdan bir neçə "şəxs" çölə çıxartdı. Mənim içkili halsız vəziyətimdən istifadə edərək məni döydülər. Bədənimin demək olar ki, 80%i əzilib. Məni döyənlərin heç birini tanmıram necə oldusa birdən birə mənə bir neçə nəfər tərəfinən hücum olundu. Bir o yadma düşür ki, mən yerdə üzümü tutmuşdum mənim başıma, Qabırğama təpiklə vururdular, Və yerdə sürüyürdülər. Ətrafdakılar məni döyən "şəxsləri" məndən kənara çəkdilər. Və mən ayağa qalxıb əyilib ayaqabımın bağın bağlamaq istəyirdim. O, zaman bir nəfər yenə mənim sifətimə təpiklə vurdu. Sonra biz 102 Qaynar xəttinə zəng etdik.
Hadisə yerinə Xətai rayonu 37ci polis bölməsinin əməkdaşları gəldi. Məni və ordakı qadını polis bölməsinə apardılar.Və orda məlum oldu ki bu "şəxslərin" məqsədi nədir "qadın" Polis Bölməsində bildirdiki guya məni o tək döyüb. Mən isə ona xəsarət yetirmişəm. Məndən "qadın" polis bölməsində 500 manat pul tələb etdi ki səndən şikayət etməyim. Mən isə ona bildirdim ki Məni siz döymüsüz sizədə pul verəcəm? Başladı ki mən ankoloji xəstəyəm sən məni vurmusan. Ankoloji xəstə içkili vəziyətdə gecə saat 4 də orda olur? Bəllidir ki bu "şəxslərin" məqsədi nədir. Məni döyən "şəxslər" qaçıb gizlənib bu "qadını" irəli atıblar. Məni döyən şəxslərin kimliyin tapmaq üçün Karoake clubda olanlardan soruşdum. Həmin clubun Murad adlı əməkdaşı mənə bildirdi ki səni Nurik döyüb. Mən bu haqqda Mənim işimi aparan Təhdiqatcıya məlumat verdim. Hadisədən bir gün sonra gecə saatlarında Nurik deyilən "şəxs" mənə həmin muradla birgə zəng etdi və bildirdiki səni mən döyməmişəm. Mən ona bildirdimki mənə sənin yanında olan murad dedi Nurik döyüb. O zaman dəstəyi nurikdən alan murad bildirdi ki səni mən döymüşəm sözün varsa gəl yanıma.Görünürki bu "şəxslər" öz aralarında özlərini rekert sanırlar!!! Hadisənin səhəri günü mənə həmin "qadının" bacısıda zəng etmişdi və mənə bildirirdiki gəl görüşək. Sən mənim bacımı döymüsən gəl danışaq!!! Mən bu haqqda yenə Polisə məlumat verdim. Mən bir bunu anladım ki bunların məqsədi məndən pul almaqdır. Hörmətli Cənab General Polkovnik Vilayət Eyvazov sizdən xahiş edirəm həmin clubun kamera görüntüsünə baxılması üçün göstəriş verəsiniz. Məni döyənlərin kimliyi aşkar olunsun. Və sonda xahişim odur ki Orda olan "şəxslər" nəyin təsiri altında olduğunu öyrənmək üçün ekspertizadan keçirilsin