Lerikdə yol qəzasında ölənlərdən yeddisinin adı məlum olub
Lerikdə qəzada ölənlərin tam siyahısı məlum olub.
Bakufakt.az-nın Cənub bürosunun məlumatına görə ölənlərdən biri Göyşaban kənd sakini Xəlilova Dilarə İslam qızıdır.
Digər 7 nəfər isə Boladi kəndinin sakinləridir. Həmin şəxslərin adı aşağıdakılardır:
Həşimova Sərvər Əhməd qızı;
Axundova Saray İslam qızı;
Ağayeva Təcrübə Ağababa qızı;
Cəfərova Güldəstə Məmmədağa qızı;
Rzayeva Səmayə Ağababa qızı;
Rəhimova Nazxanım İsabala qızı;
Tahirova Zərnitac İslam qızı.
Xəstəxanadan aldığımız məlumata görə, hazırda 8 yaralıdan sürcü Səyyadov Səyyad Hacıbala oğlunun vəziyyəti stabilləşdiyindən paltaya köçürülüb.
Reanimasiyada olan 7 nəfərin vəziyyəti ağır olsa da stabilləşməyə doğru gedir.
Lerik rayonunun Günəşli kəndində baş verən qəza ilə bağlı xəsarət alanların müalicəsi TƏBİB-in tabeliyindəki Lənkəran Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir.
TƏBİB-dən Oxu.Az-a bildirilib ki, Lerik Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən 3 nəfər də Lənkəran Rayon Mərkəzi Xəstəxanasına təxliyyə edilib. Beləliklə, xəstəxanada müalicə alanların sayı 8-ə (7-si qadın, 1-i kişi) çatıb.
Hazırda 8 nəfərin müalicəsi xəstəxananın Reanimasiya şöbəsində aparılır. Onlardan 7 nəfərin (hər biri qadın olmaqla) vəziyyəti ağır, 1 nəfərin (kişi olmaqla) vəziyyəti isə orta ağır qiymətləndirilir.
Xəstəxanaya yerləşdirilən şəxslərin diaqnozları əsasən üz, baş və bədən nahiyələrində olan yaralar, sümük sınıqları, travmatik şok, qapalı kəllə-beyin travması, döş qəfəsinin travması, beyin sirkələnməsi, çox saylı qabırğa sınıqları ilə bağlı olub.