Avropa Parlamentində "Sarı gəlin" səslənəcək
Türk Dünyası Paytaxtları Sərgisi ilk dəfə Avropa Birliyi ölkələrində yaşayan 450 milyon insanı təmsil edən Avropa Parlamentində açılacaq.
Bakufakt.az-ın xarici mediaya istinadla xəbərinə görə, Türk dünyasını təmsil edən azərbaycanlı sənətçi Turan Manafzadə sabah Brüsseldə Avropa Parlamentində piano resitalı ilə çıxış edəcək.
Avropa İttifaqına daxil olan 27 ölkədən ümumilikdə 736 millət vəkilinin xidmət göstərdiyi Avropa Parlamentində türk küləyi əsəcək. AP-də ilk dəfə olaraq Türk dünyası ətraflı tanıdılacaq.
AB Türkiyə Dostluq Qrupunun baş katibi İpek Tekdemirin təşəbbüsləri ilə Brüsseldə keçiriləcək Türk Mədəniyyət Günlərində salonlarda türk və Azərbaycan türküləri səslənəcək. Türk Hava Yollarının dəstəyi, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) və Bursa Böyükşəhər Bələdiyyəsinin təşkilatçılığı ilə keçiriləcək tədbirdə “Türkiyə Mədəniyyəti Günləri-Bursa 2022” də keçiriləcək.