Azərbaycanda ailələrin azuşaqlılığa keçidi: Uşaq sayının azalması dəyərlərə təsir edirmi
Rəsmiyə xalanın 12 uşağı var. Hər gün evdə süfrə sərir, bütün uşaqlar bir yerdə yeyir, içir, oynayırlar. O, övladları ilə xoşbəxtdir və hər bir uşağın ruzisini Allahın verdiyinə inanır. Rəsmiyə xala özü də 15 uşaqlı ailədə böyüyüb. Deyir ki, bacılarım, qardaşlarım var. Dar, xoş günümdə yanımdadırlar. İndi xalası, bibisi olmayan uşaq məni qayğılandırır. Bu qohumluq əlaqələrinə ciddi şəkildə təsir edir.
Düzdür, indi 5, 7, 12 uşaqlı ailə görəndə təəccüblənirik. Lakin vaxtilə Azərbaycan keçmiş SSRİ məkanında çoxuşaqlı anaların sayına görə digər ittifaq respublikaları ilə müqayisədə ön sıralarda olub. İndi isə hər bir Azərbaycan ailəsində maksimum 3 uşaq var.
Bəs çoxuşaqlı ailədən azuşaqlıya keçid ailə dəyərlərinə təsir edirmi? Ümumiyyətlə, uşaqların tərbiyəsində rol oynayırmı?
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə problemləri şöbəsindən verilən məlumata görə, Azərbaycan çoxuşaqlı ailələrin sayına görə hər zaman örnək göstərilib. Müasir dövrdə isə gənclər üçün maddi və mədəni ehtiyaclar prioritetdir:
“Azərbaycan xalqının özünəməxsus və zəngin ailə dəyərləri mövcuddur. Çoxuşaqlılıq da Azərbaycan ailəsinin əsas özəlliklərindən idi. Lakin müasir cəmiyyətdə ailənin yeni nəslin formalaşmasında tərbiyəvi rolu haqqında təsəvvürlər kökündən dəyişib. Ənənəvi ailə tipindən müasir ailə tipinə keçidin sürətlənməsi müvafiq təsəvvürləri yenidən formalaşdırdı. Artıq müasir dövrdə gənclər üçün maddi və mədəni ehtiyaclar prioritetdir