GÜNDƏM
Ər evi səliqəsiz saxlayan arvadını boğub öldürdü
Rusiyanın İrkutsk vilayətində 45 yaşlı kişi arvadını mənzilin səliqəsiz saxladığına görə öldürüb.
Bakufakt.az yerli mediaya istinadla bildirir ki, İrkutsk vilayətində müstəntiqlər 45 yaşlı kişini 37 yaşlı birgə yaşadığı həyat yoldaşını qətlə yetirməkdə təqsirli bilib.
Məlumata görə, Şelexov şəhərinin Dəmiryol Vağzalı mikrorayonunda sərxoş vəziyyətdə olan müttəhim nikahda olan arvadı ilə evlərində baş verən nizamsızlıq səbəbindən mübahisə edib. Daha sonra kişi xanımını əlləri ilə boğub.