Məktəblərdə qadın “ekspansiyası”, pul, yazılmamış qanun: “Vicdanlı adam üçün bu heç nədir
Uzun illərdi ki, bütün dünyada qadın müəllimlərin sayı kişilərlə müqayisə çox idi. Son dövrlərdə bəzi ölkələrdə əks-tendensiya müşahidə olunmaqdadır. Buna da əsas səbəb kimi oğlan uşaqlarına kişi xarakterini aşılamaq, onlara problemli vəziyyətdə necə davranmağı öyrətmək göstərilir.
Həmin ölkələrdən fərqli olaraq Azərbaycanda bu sahədə “uçurum” müşahidə olunur - pedaqoqların 81 faizini qadın müəllimlər təşkil edirlər. Bu tendensiya da getdikcə artır.
Bəzi şəxslər məktəblərdə baş verən xoşagəlməz halları kişi müəllimlərinin sayının azlığı ilə bağlayırlar. Kişi cinsindən olan abituriyentlərin peşə seçimi edərkən müəllimliyə üstünlük verməməsinin başlıca səbəblərini həm bu peşənin daha çox qadın peşəsi kimi tanınması, həm də sosial qayğıları tam qarşılaya bilməməsi ilə əlaqələndirirlər.
Xatırladaq ki, Azərbaycanda 4 447 orta ümumtəhsil məktəbində 150 min müəllim çalışır. Onların da cəmi 19 faizini kişilər təşkil edir.
Bəs görəsən, Azərbaycanda kişi müəllimlərin sayının azlığı nədən qaynaqlanır və bu problemin həlli istiqamətində nələr edilməlidir?
Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Anar İsgəndərovun sözlərinə görə, qadın müəllimlərin sayının çox olması təbii haldır:
“Bu məsələ nə faciədir, nə də ağrılı proses. Yalnız problem hesab olunur. Dünyanın inkişaf etmiş əksər ölkələrində qadınlar məktəblərdə, kolleclərdə, liseylərdə üstünlük təşkil edirlər. Azərbaycanda da bu proses davam edir. Heç kim inkar edə bilməz. Dünyanın hər yerində eyni vəziyyətdir