Azad Media Susdurula Bilməz!
“Hagi-Vagi” oyuncağının qorxunc fəsadları: Mütəxəssislər nə deyir
GÜNDƏM

“Hagi-Vagi” oyuncağının qorxunc fəsadları: Mütəxəssislər nə deyir

Oyuncaqlara münasibət hər zaman fərqli olub. Bəzi valideynlər uşaqları sırf məşğul edən vasitə kimi onlara üz tutublar. Lakin aldıqları oyuncaqların uşaqlarına necə təsir bağışlayacağını düşünmürlər.

“Hagi-Vagi” deyilən oyuncaq son zamanlar dəb halını alıb. Özündə şiddəti təsvir edən bu oyuncaqlar uşaqlar tərəfindən arzuolunandır. Valideynlərin bir qismi uşaqlarının bu istəyini nəzərə alaraq, onlarını arzusunu yerinə yetirirlər.

Bəs görəsən, mənşəyi, mənbəyi bəlli olmayan oyuncaqların uşaqlara hansı təsiri var?

Mövzu ilə bağlı Bakufakt.az-a açıqlama verən pediatr Qoşqar İsmayılovun sözlərinə görə, bu tip oyuncaqlar uşaqlarda həmyaşıdlarına qarşı aqressiya yaradır:

“Həqiqətən də son dövrlərdə mağazalarda zərərli, lakin xoş görünən oyuncaqlar satılır. Təbii ki, birmənalı olaraq valideynlərin elə oyuncaqlar alması məsləhət deyil. Uşaqlar çox vaxt oyuncaqları televiziya reklamlarında da görüb tələb edirlər.

Belə oyuncaqların alınması gələcəkdə uşaqların daha da aqressiv olmasına, valideynlərə qulaq asmamasına gətirib çıxarır. Bir növ uşaqlar şiddətə meyilli böyüyürlər. Məsləhət edərdim ki, valideynlər bu tip oyuncaqlar almasınlar”.

Q.İsmayılov qeyd edib ki, tüklü oyuncaqlar uşaqlarda tənəffüs yolu xəstəlikləri yarada bilər:

“Oyuncaqları seçərkən, keyfiyyətinə önəm vermək lazımdır. Çünki adi toxunuşdan belə uşaqlara ziyanlı tərəfləri ola bilər. Oyuncaqlar uşaqlarda müxtəlif növ xəstəliklərin yaranmasına gətirib çıxara bilər

IRON MAX AZERBAIAN