İnsanlara dönər yox, leş ət yedizdirirlər
Əslində normal dönərin qiyməti 4 manat olmalıdır”
“Ancaq vəziyyət onu göstərir ki, leş yığanlar dayanmır və bu qidanın hazırlanmasında ölmüş heyvan ətlərindən istifadə edilir”
Dönər Türkiyə mətbəxindən Azərbaycana gələn və əhalinin əksəriyyəti tərəfindən bəyənilən ‘’fast-food’’dur. Xalqımızın vazkeçilməzinə çevrilən bu qidanın satış qiymətindəki fərqlər də diqqətçəkəndir.
Daha komfortlu kafe və restoranlarda, 4-5 manata rast gəlinən dönər, metro çıxışlarında 1 manat-1 manat 20 nqəpiyə təklif olunur. Dana ətinin 12-13 manat, toyuq ətinin isə 4-5 manatdan aşağı olmadığı bir vaxtda 1 manatlıq ‘’ayran+dönər’’lərin keyfiyyəti adamı şübhəyə salır. Bəs manatlıq dönərin tərkibində hansı ətdən istifadə edirlər?
Bu tip dönərlərdə murdar olmuş və mənşəyi bilinməyən ətlərdən istifadə edildiyini deyə Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov ‘’Sherg.az’’a bildirib ki, məsələnin araşdırılması üçün Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) dəfələrlə müraciət edib:
“AQTA –da İctimai şuranın üzvü olaraq məsələni dəfələrlə qaldırmışam.
Təəssüflər olsun ki, həmin qurum bu sahədə fundamental işlər görmür. Biz hansısa dönərxanaya getsək, görəcəyik ki, orada ətin mənşəyi haqda sənəd var. Lakin əksəriyyəti saxtadır. Ətin qiyməti qalxdığı halda dönərin ucuz satılması murdar və mənşəyi bilinməyən heyvanların ətindən istifadənin nəticəsidir.
Səkkiz il əvvəl dönər ətinin hazırlanması üçün iki müəssisə müəyyən olunub ki, onlar - 40 dərəcədə əti hazırlayırlar və dönərxanalara çatdırırlar. Buna baxmyaraq dönərxanaların 1 faizi belə oradan ət almır. Bunlar ‘’Səhliyalı’’ və ‘’AzProtein Foods’’ şirkətləridir. AQTA ictimaiyyətdə gedən məsələləri izləmir