İrəvandakı yanğında ölənlərin sayı artıb – YENİLƏNİB
İrəvanın “Surmalu” bazarında baş verən partlayış və yanğında ölənlərin sayı üç nəfərə çatıb.
Bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Xidmətin rəhbəri Ayk Torosyan bildirib ki, dağıntılar altından daha bir qadının meyiti çıxarılıb.
İrəvanın “Surmalu” bazarında baş verən partlayış və yanğında ölənlərin sayı iki, yaralananların sayı isə 60 nəfərə çatıb.
Bu barədə Respublika Səhiyyə Nazirliyinin mətbuat xidməti sosial şəbəkələrdə məlumat yayıb.
“Hazırda partlayış nəticəsində ölənlərin sayı iki nəfərdir. Müxtəlif tibb məntəqələrinə köçürülən zərərçəkənlərin sayı 60-a çatıb. Onlardan 22-i müayinədən sonra evə buraxılıb”, - məlumatda bildirilib.
İrəvanın “Surmalu” ticarət mərkəzində baş verən partlayış zamanı xəsarət alanların sayı 57 nəfərə çatıb