GÜNDƏM
Polislərə zor tətbiq edən iki dost HƏBS OLUNDU
Polis əməkdaşlarına zor tətbiq edən şəxslər həbs olunub.
Xızı Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, hadisə avqustun 10-u axşam saat 11-də Xızı-Giləzi avtomobil yolunda baş verib.
Belə ki, “VAZ 21093” markalı avtomobilin sürücüsü Amid Qafarovun avtomobili dövlət qeydiyyat nişanı olmadan idarə etdiyinə görə ərazidə xidmətdə olan Xızı DYP bölməsinin yol patrul xidməti əməkdaşları Aslan Rəhimov və Məmməd Kərimov tərəfindən saxlanıldığı zaman dostu Famil Zeynalov ilə birlikdə heç bir əsaslı səbəb olmadan polis əməkdaşlarına zor tətbiq edərək müqavimət göstərməsinə əsaslı şübhələr müəyyən edilib.