Azad Media Susdurula Bilməz!
Şeyx Əbdül mobil danışıqları bahalaşdırmağı TƏKLİF ETDİ: “Bir dəqiqənin qiyməti 10 manat olsun
GÜNDƏM

Şeyx Əbdül mobil danışıqları bahalaşdırmağı TƏKLİF ETDİ: “Bir dəqiqənin qiyməti 10 manat olsun

Misirdə qəribə qərar verilib. Bundan sonra misirli qadınlar ərlərinin telefonunu izləyə və yaxud qarışdıra bilməyəcəklər. Bu qaydaları pozan qadınlar hüquqi məsuliyyət daşıyacaqlar. Orijinal və maraqlı qərardır. Çünki ailə institutunda ən çox narazılıq yaradan məsələlərdən biri də telefon yazışmalarıdır. İstər qadın, istərsə də kişi çox istəyir ki, yoldaşının kiminlə nə yazışdığını öyrənsin. Bəzi hallarda bu marağı boğa bilməyən icazəsiz olaraq həyat yoldaşının telefonunu qarşıdırır. Bu isə bütün hallarda ciddi narazılığa, bəzən isə böyük qalmaqala səbəb olur. Ona görə də Misirdə qəbul edilmiş bu qərar böyük maraqla qarşılanıb.

Bəs bizim cəmiyyətdə bu məsələyə necə baxılır?

Bizim.Media ilə fikirlərini bölüşən Xalq artisti Əbdül Mahmudov Misir dövlətinin bu qərarını alqışladığını bildirdi:

“Mobil telefonlar ailələrin dağılmasının, gənclərin yüngül həyat yolu seçməsinin bir nömrəli səbəbkarıdır. Bizim təfəkkürümüz müasir texnoloji inkişafla ayaqlaşmır. Bizim təfəkkürümüz çox geri qalıb. Acınacaqlı vəziyyətdəyik.

IRON MAX AZERBAIAN