Azad Media Susdurula Bilməz!
Dəniz suyunun hansı xəstələrə faydası var?
GÜNDƏM

Dəniz suyunun hansı xəstələrə faydası var?

Bakufakt.az xəbər verir ki, rusiyalı həkim Yelena Malışeva  duzlu dəniz suyunun bədən yaralarını tez sağaltdığını bildirib:

"Dəniz yosunları özündən qazabənzər yod sintez edir. Ona görə dənizdə çimmək gündəlik yod mikroelementini təmin edir.Yod bir çox sistemlər, qalxanvarivəz üçün vacibdir. Dənizdə olan duz suda olan bakteriyaları sürətlə sovurub zərərsizləşdirir. Dənizdə olmaq ağrılı, xəstə oynaqlar üçün də faydalıdır. Suda olmaq oynaqlara təzyiq yaratmır. Üzmək sümük-əzələ sistemini möhkəmlədir, osteartritin yaranmasının qarşısını alır, qan dövranını yaxşılaşdırır. Dəniz havası və suyu yata bilməyənlərə də çarədir. Sinir sistemini sakitləşdirir. Ona görə uşaqları da dənizə aparın".

IRON MAX AZERBAIAN