GÜNDƏM
Aztelekom”dan qiymət artımına cavab: Xəbərdar etmişdik.
Baktelekom” şirkəti internet tariflərini 10 manatdan 17 manata qaldırıb. Artıq abunəçilər xəbərdarlıq edilmədən qiymətin 70 faiz artırılmasından narazılıqlarını bildiriblər.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Aztelekom MMC-nin İctimaiyyətlə əlaqələr üzrə meneceri Alidə Mustafayeva Vakufakt.az-a açıqlamasında abunəçilərə əvvəlcədən xəbərdarlıq edildiyini deyib.
Onun sözlərinə görə, 6 iyul 2022-ci il tarixində həm“Aztelekom”, həm də “Baktelecom”un rəsmi səhifəsində qiymət artımı ilə bağlı xəbərdarlıq edilib:
“Xəbərdarlıq olunmayıb” sözünün bizə aidiyyatı yoxdur. Çünki biz artıq 1 ay əvvəldən xəbərdarlıq etmişik. Ola bilər sadəcə səhifəyə fikir verməyiblər”, - Mustafayeva deyib