Gəmi Batmağa Başladı
Gəmi batmağa başlayır. Ər və arvad xilas olmaq üçün gəminin ehtiyat qayığına minməyə tələsirlər, lakin əfsuslar olsun ki, qayıqda cəmi bir nəfər üçün yer qalıb. Kişi qayığa özü minir və xanımının okeanda batmasına çarəsizcə tamaşa edir. Qadın okeanın onu udmasına az qalmış cığıraraq kişiyə son sözünü deyir... - bir gün bunu danışaraq ədəbiyyat müəllimi dərsə başladı.
Ardınca o, sinifdə oturan uşaqlardan soruşdu:
-Sizcə, qadının həyat yoldaşına son sözü nə idi?
"Mən sənə nifrət edirəm", "Mən necə də kor olmuşam, səni tanımamışam", "Qorxaq"... -deyə uşaqlar cavab verməyə başladılar.
Birdən müəllimənin diqqətini sakit oturmuş oğlan uşağı cəlb etdi və müəllim tez ona yaxınlaşdı:
- Bəs sən necə fikirləşirsən, qadının həyat yoldaşına son sözü nə idi?
Oğlan cavab verdi:
- Mənim fikrimcə, qadın kişiyə "uşağımıza yaxşı bax, onu qoru" deyib.
- Sən bu əhvalatı bilirsən? - deyə müəllimə təəccübləndi.
- Yox, sadəcə, mənim anam da dünyasını dəyişərkən atama belə vəsiyyət etmişdi.
Bu cavab bütün sinifi kədərləndirdi.
Bir xeyli vaxt keçəndən sonra "Bəli, bu doğru cavabdır", - deyə müəllimə hekayənin davamını danışmağa başladı:
- Və beləcə gəmi batdı. Kişi evinə qayıtdı və qızını təkçə böyütməyə başladı. Uzun illər keçdi. Kişi də yaşlanıb dünyasını dəyişdi. Bir gün atasının əşyalarını yerbəyer edəndə o, bir məktuba rast gəldi:
"Xanımıma çox ağır diaqnoz qoyulmuşdu. Yaşaması üçün sayılı günləri qalmışdı. Bu həqiqət dəhşətli, dəhşətli olduğu qədər də qaçılmaz idi. Biz onunla son günlərini gözəl keçirmək niyyətilə səyahətə çıxdıq və... olan oldu. Allahım!!! Necə ağır anlardı, mən qayığa təbii ki, onu ötürmək, özüm batmaq istərdim, amma o qoymadı, sən yaşamalısan dedi, qızımız üçün yaşamalısan! Mən bu seçimə məcbur qaldım, onu gəmidə qoymalı oldum.
Bütün sinif susurdu...
Beləcə, onlar başa düşdülər ki, ilk təəssürat yanlış ola bilər...
Via @bakufakt.az
Müəlif: Raşad Omar