GÜNDƏM
Bakının iki müxtəlif rayonlıarında baş verən davalarda bıçaqlananlar oldu
Bakının Nəsimi və Nərimanov rayonlarında dava baş verib.
Lent.az APA-ya istinadən xəbər verir ki, hər iki hadisə qeyri-etik ifadəyə görə olub.
Belə ki, Memar Əcəmi metrostansiyasının yaxınllğında 36 yaşlı Əliyev Nizaməddin Mübariz oğlu tanımadığı şəxs tərəfindən bıçaqlanıb.
Reklamınızı SmartBee ilə effektiv edin.
Analoji hadisə Nərimanov rayonunda özəl klinikanın qarşısında qeydə alınıb.
1987-ci il təvəllüdlü Məmmədov Musa Fəxrəddin oğlu tanışı ilə əlbəyaxa dava zamanı bıçaqlanıb.
Hər iki yaralı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Onların vəziyyəti ağırdır