Azad Media Susdurula Bilməz!
Dini bayraqların qaldırılması yolverilməzdir" - DİN-dən SƏRT
GÜNDƏM

Dini bayraqların qaldırılması yolverilməzdir" - DİN-dən SƏRT

Ölkəmizdə dini adət-ənənələr, inanclı insanların əqidələrinə hörmət və ehtiram həyat tərzidir". 

Mətbuatın Xəzər rayonu Binə qəsəbəsində yaşayan qadının polis tərəfindən təzyiqə məruz qalması iddiaları ilə bağlı sorğusuna cavab olaraq, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, bu dəyərlərin kənardan kimlərsə tərəfindən qəsdən pozulmasına yönələn cəhdlər var və buna imkan verilməyəcək: "Polis xalqdan ayrı deyil – biz bu xalqın övladlarıyıq, hər bir vətəndaşın inancına və dünyagörüşünə ehtiram göstərilir.
Xəzər rayonu Binə qəsəbəsində yaşayan qadının polis haqqında iddiaları əsassızdır, ona qarşı heç bir təzyiq edilməyib. Radikal dini şüarların təbliği, ictimai yerlərdə hansısa yazıların və dövlət bayrağından başqa digər bayraqların qaldırılması yolverilməzdir. 
Bütün bunları nəzərə alaraq, həmin şəxslərlə polis tərəfindən müvafiq izahedici söhbətlər aparılmaqla islami tələblərin yerinə yetirilməsində dünyəvi dəyərlərə əməl edilməsi, qanun və qaydalara riayət edilməsi tövsiyə olunub. Polis tərəfindən qanun və qaydaları pozmayan şəxslərə qarşı hansısa hüquqi-profilaktik tədbir görülmür

IRON MAX AZERBAIAN