Azad Media Susdurula Bilməz!
Aprel döyüşlərinin iştirakçısı ərinə görə intihara cəhd etdi
GÜNDƏM

Aprel döyüşlərinin iştirakçısı ərinə görə intihara cəhd etdi

Gəncədə Aprel döyüşlərinin iştirakçısı ərinin davranışlarına görə intihara cəhd edib.

Axar.az xəbər verir ki, 1991-ci il təvəllüdlü Firuzə Zeynalova həyat yoldaşı, Vətən müharibəsi iştirakçısı, II qrup əlil, 1987-ci il təvəllüdlü Aslan Zeynalovun kobud rəftarına görə bu addımı atıb.

O, həyat yoldaşının onu əsassız, qanunsuz işlərə təhrik etməklə dələduzluq etməyə məcbur etdiyini və bundan bezdiyi üçün başqa çıxış yolu olmadığını bildirib.

İntihar cəhdinin qarşısı alınıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən Bakufakf.az-abildirilib ki, Gəncə şəhər sakini, 1991-ci il təvəllüdlü Firuzə Zeynalovanın intihara cəhd etməsi faktı ilə bağlı hazırda Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır

IRON MAX AZERBAIAN