GÜNDƏM
Pensiya, müavinət, təqaüd, ünvanlı yardımlar üzrə əhaliyə neçə milyard manat ödənilib?
Sosial təminat növləri (pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı) üzrə ödənişlərdə artım dinamikası 2022-ci ilin 6 ayında da davam edib.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu ilin birinci yarımili ərzində həmin sosial təminat növləri üzrə əhaliyə 3 milyard 247 milyon manat vəsait ödənilib.
Bu da ötən ilin eyni dövrünə nisbətən 7,8 faiz və ya 235,3 milyon manat çoxdur