Azad Media Susdurula Bilməz!
DYP-dən toy karvanları ilə bağlı mühüm açıqlama
GÜNDƏM

DYP-dən toy karvanları ilə bağlı mühüm açıqlama

Toy karvanı cəmiyyətimizdə ənənə kimi formalaşıb. Amma yol hərəkəti qaydalarına əməl etmək hər bir hərəkət iştirakçısının borcudur. Kiminsə toyu digər sürücülərin narazılığı və narahatlığına səbəb olmamalıdır. Əgər eyni problemlər illərdir davam edir və hələ də aktualdırsa, bu, ictimai qınağın olmamasının nəticəsidir.

Bu sözləri Bakufakt.az-a açıqlamasında Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli toy karvanında təhlükəli anların baş verməsi haqda danışarkən deyib.

O, bəzi toy karvanlarında faciələrin yaşandığını da xatırladıb:

“Xoş gününü məhv edib, bilə-bilə qaydaları pozan, daha sonra etdiyi əmələ görə polis idarələrində gününü keçirtməyi özünə yaraşdıran insan unutmamalıdır ki, qanunlarla yaşamaq Vətənə, dövlətə sevgi, ətrafındakı insanlara hörmət və ən əsası sivil cəmiyyəti formalaşdıran ən vacib amaldır. Gəlin qanunlara hörmət edək və pis vərdişlərimizi unudaq. Heç olmasa formalaşan yeni nəslin bu cür “adət-ənənələr”dən gələcəkdə xəbəri olmasın. Yol mədəniyyətinin isə ümumi mədəniyyətin bir parçası olduğunu daim təbliğ edək

IRON MAX AZERBAIAN