GÜNDƏM
İçərişərdə divarları yazanlara XƏBƏRDARLIQ edildi
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin ictimaiyyətə müraciət edib.
Müraciətdə tarixi məkanın və tarixi abidələrin qorunması və əhalinin diqqəti məsələsi vurğulanıb:
“İçərişəhər və Qala Qoruğu kimi tanınan məkan Bakının və bütövlükdə ölkəmizin ən dəyərli incisi, eyni zamanda tarixi memarlıq abidələrinin mühafizə olunduğu qoruqdur. İçərişəhər və Qala Qoruğu müxtəlif mədəniyyətlərin, dini inancların, təzadların ahəngdarlıqla qovuşaraq mükəmməl harmoniya yaratdığı əfsanəvi məkan olmaqla yanaşı qədim tarixə və zəngin mədəniyyətə malik Azərbaycan xalqının milli sərvətidir