Azad Media Susdurula Bilməz!
Qarabağa ermənilər köçürülür: doğuş sayı "artır
GÜNDƏM

Qarabağa ermənilər köçürülür: doğuş sayı "artır

Son bir ildə Azərbaycanın Qarabağ iqtisadi rayonunun rus sülhməramlıların nəzarəti altında olan hissəsində məskunlaşdırılan ermənilər arasında doğuş sayında ciddi artım olub.

Bakufakt.azxəbər verir ki, bu barədə iqtisadçı ekspert Natiq Cəfərli qeyd edib.

O, separatçı tör-töküntüsünün yaydığı rəqəmlərə istinadla məlumatı bölüşüb:

“Qondarma rejim məlumat yayıb ki, 2022-ci ilin ilk 6 ayında Xankəndi, Ağdarə və Xocavənddə 406 oğlan və 386 qız olmaqla 792 uşaq anadan olub - Xankəndidə 697, Ağdarədə 66, Xocavənddə 29 doğuş olub. 2021-ci ilin eyni dövründə həmin bölgədə doğulan uşaq sayı 593 idi (270 oğlan, 323 qız).

Doğuş sayı ciddi artıb, deməli, “rusməramlı qüvvələr” Ermənistandan bölgəyə köçürmə əməliyyatını sürətləndiriblər. Amma bu günə qədər Azərbaycan vətəndaşlarının, məsələn, Xocalıya qayıtması üçün heç nə etmirlər.

Qarabağda yaşayan erməni əsilli azərbaycanlıların (azərbaycanlı - vətəndaşlıq tanımı, üst kimlikdir) Azərbaycan dövlətinə inteqrasiyasının qarşısını alan Rusiya və orada yerləşən “rusməramlı qüvvələrdir”.

Ekspert vurğulayıb ki, Xankəndi və ətrafında yaşayan erməni əsilli azərbaycanlıların yaşadıqları yerdə qalmasını, rahat yaşamasını istəyir, bunun zəmanətini isə Azərbaycan dövləti verə bilər.

Onun fikrincə, bunun üçün əsas şərt orada yaşayan ermənilərin Azərbaycan vətəndaşlığını qəbul etməsi və “rusməramlı qüvvələrin” bölgəni tərk etməsidir.

“Rusməramlı qüvvələr” qaldıqca bölgəyə sülh gəlməyəcək, erməni əsilli azərbaycanlılar isə Azərbaycana inteqrasiya olmayaclar”, - ekspert qeyd edib

IRON MAX AZERBAIAN