Biabırçı stiqma: Boşanmış qadınlara iş verilməməlidir?
Azərbaycanda qadın və kişilərin boşanmasına, ondan sonrakı həyatlarına münasibət eyni deyil. Boşanmış qadınlara qarşı hər zaman ögey münasibət bəslənilib. Onları digər xanımlardan ayırmağa çalışıblar. Məsələ bu günlərdə də aktuallaşıb. Ekspertlərdən biri boşanmış qadınların bağçada işə götürülməməsi ilə bağlı fikir irəli sürüb.
Maraqlıdır, bu münasibətin səbəbi nədir?
Mövzu ilə bağlı açıqlama verən “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova belə bir təklifin irəli sürülməsini absurd hesab edib:
“Həmin məsələdə psixoloji amillər nəzərdə tutulub. Lakin bu bir stiqmadır. Bu fikrin səslənməsi özü absurddur. Onu da nəzərə alaq ki, boşanma dövründə xanımlar gərgin, emosional vəziyyətdə olurlar. Bu emosionallığı da uşaqlara ötürə bilərlər. Ola bilsin ki, həmin xanımlar psixoloji testdən keçməmiş, psixoloji yardım almamış bağçaya işə götürülüblər. Bu həmin məsələ ilə bağlıdır