Avropanın bu ölkələrində də meşələr yanır
Qərbi Balkan regionu ölkələrindən Monteneqro və Bosniya və Herseqovina meşə yanğınları ilə mübarizə aparır.
Monteneqronun məşhur turizm mərkəzlərindən biri olan Herçeq Novidə meşəlik ərazidə yanğın baş verib. Yanğının yaşayış məntəqələri üçün təhlükə törətmədiyi bildirilib. Meşə yanğınının söndürülməsinə canlı qüvvə ilə yanaşı, helikopterlər də cəlb olunub.
Bosniya və Herseqovinanın mərkəzi və cənub regionlarında 4 gündür davam edən meşə yanğınları səbəbindən beynəlxalq yardım tələb olunub. Konyiçdə meşə yanğını ilə mübarizə aparan mülki-müdafiə qüvvələri yanğının söndürülməsinin 15 gün çəkə biləcəyini bildiriblər.
Qeyd edək ki, hazırda region ölkələrində müşahidə olunan küləkli hava meşə yanğınlarının söndürülməsi işlərinə mənfi təsir göstərir