GÜNDƏM
Ağrıkəsicilərdən tez-tez istifadə ZƏRƏRLİDİR?
Bununla bağlı həkim Elşən Tağıyevin fikirlərini təqdim edir. Mütəxəssis bildirir ki, müntəzəm olaraq həftədə iki dəfədən çox ağrıkəsici qəbul etmək sağlıq üçün zərərlidir:
"Bu rebound başağrıların (dərman başağrılarının) yaranmasına səbəb olur.Baş ağrısı üçün dərmanların həddindən artıq istifadəsinin nəticəsində, qəbul etdiyiniz dərmanlar getdikcə daha az təsir edir və demək olar ki, gündəlik baş ağrıları şikayəti yaranır. Buna görə də baş ağrılarından əziyyət çəkən insanlara ağrıkəsici qəbulu yox əsas xəstəliyin profilaktik müalicəsi tövsiyyə olunur".