GÜNDƏM
Bakıda reabilitasiya mərkəzində İŞGƏNCƏ: 1 ölü, 5 həbs
Bakıda narkotik, alkoqolizm və digər asılılıqlardan müalicə mərkəzi kimi fəaliyyət göstərən "New Life" reabilitasiya mərkəzinin 5 əməkdaşı prokurorluq orqanları tərəfindən həbs olunub.
Binəqədi rayonu, Novxanı qəsəbəsində yerləşən mərkəzin rəhbəri Orucəli Heydərov, mərkəzdə fəaliyyət göstərən Elvüsal Hüseynov, Famil Rzayev, Sərxan Əliyev və Qənbər Həsənov mərkəzdə müalicə olunan pasientlərə işgəncə verməkdə, onları qanunsuz azadlıqdan məhrum etməkdə ittiham olunurlar.
İddia olunub ki, işgəncə nəticəsində mərkəzdə müalicə Hüseyn Məmmədov həyatını itirib