GÜNDƏM
Azərbaycana qar yağdı
İlin ən isti ayı sayılan iyulda Azərbaycanda qar yağıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, hazırda paytaxtda havanın orta temperaturu iqlim normasından aşağıdır. Şahdağda isə havanın temperaturu 0 dərəcə qeydə alınıb, nəticədə yağıntı qara keçib, hətta 1 santimetrlik qar örtüyü əmələ gəlib. Bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.
O qeyd edib ki, bu nadir hadisə olsa da, lakin 2019-cu ildə iyulun 1-də də Şahdağda analoji proses baş vermişdi.