Azad Media Susdurula Bilməz!
Təhsil nazirindən 8 Mart münasibətilə valideynlərə MÜRACİƏT
GÜNDƏM

Təhsil nazirindən 8 Mart münasibətilə valideynlərə MÜRACİƏT

 Bakufakt.az Oxu.az saytına istinadən xəbər verir ki, Təhsil naziri Emin Əmrullayev 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə valideynlərə müraciət edib.

Oxu.Az-ın məlumatına görə, jurnalistlərə açıqlamasında nazir bildirib ki, 8 Mart - Beynəlxalq Qadınlar Günü ilə bağlı məktəblərdə neqativ hallarla bağlı müraciətlər olur:

“Nazirliyin mövqeyi birmənalı olaraq 8 Mart - Beynəlxalq Qadınlar Günü ilə bağlı məktəblərdə hər hansısa bir neqativ hallara yol verilməməsidir. Dünən bununla bağlı müzakirələrimiz olub. Həm məktəblərdən, həm də valideynlərdən gözləntilərimiz neqativ hallara yol verməmələridir. Valideynlər tərəfindən xüsusilə sosial şəbəkələrdə ünvanlar göstərilməklə şikayətlər olarsa, biz onları araşdıra bilərik.

IRON MAX AZERBAIAN