Azad Media Susdurula Bilməz!
Vətən müharibəsi qazilərinə kimlər və niyə böhtan atır? -
GÜNDƏM

Vətən müharibəsi qazilərinə kimlər və niyə böhtan atır? -

Azərbaycanın ərazi bütövlüyünü canı-qanı bahasına təmin edən və torpaqları düşmən tapdağından təmizləyən hər bir vətən övladı bizim üçün çox əzizdir. Onların xüsusi qayğı ilə əhatə olunması isə dövlətin daimi diqqət mərkəzindədir. Lakin təəssüflər olsun ki, xaricdən maliyyələşən və  görülən işlərə kölgə salmaq istəyən bəzi şəxslər qazilərin Vətən və dövlət qarşısındakı xidmətlərini nüfuzdan salmaq üçün əllərindən gələni edirlər. Bu vətən və torpaq uğrunda canından keçməyə hazır olan insanlar haqqında müxtəlif xoşagəlməz şər və böhtan xarakterli məlumatlar yayaraq onların imicinə zərbə vururlar. III qrup Qarabağ əlili Ağayev Ceyhun Məhəmməd oğlu və onun qazi yoldaşları da bir qrup şəxsin şər və böhtan xarakterli təzyiqi ilə üzləşib.
KONKRET.az-ın redaksiyasına müraciət edən Ceyhun Ağayev 16 il MAXE kimi Azərbaycan ordusunda xidmət edib. Vətən müharibəsi başlayanda isə torpaqlarımızın düşmən tapdağından azad edilməsi uğrunda gedən döyüşlərə qatılıb. Ağdərə istiqamətində döyüşlərdə iştirak edib və sentyabr ayının 29-da yaralanıb. Lakin oktyabr ayının 7-də könüllü olaraq müalicəsindən imtina edib və yenidən döyüşlərə qoşulub. Noyabr ayının 1-də isə ikinci dəfə yaralanıb və ehtiyyata buraxılıb.Ceyhun Ağayev əlavə edib ki, Abid Qafarov Qurban Məmmədovun YOUTUBE kanalında yerləşdirilən videonun silinəcəyinə çalışacağı haqda söz verib: “Bizi aldatdılar ki, videonu siləcəklər. Lakin video silinmədi, sadəcə müvəqqəti yayımı dayandırıldı. Buradan belə qənaətə gəldik ki, onlar gələcəkdə şər-böhtan xarakterli bu videoları yenidən yayımlayacaqlar. Ona görə də, biz şikayətimizi geri götürməkdən imtina edirik. Buradan da bəyan edirik ki, biz “Tərtər İşi”nin araşdırılmasının qarşısının alınması üçün heç kimin sifarişini (qarşı tərəf iddia edir ki, guya qazilər Hərbi Prokuror Xanlar Vəliyevin və Veteranlar Şurasının sədr müavini Cəlil Xəlilovun sifarişini yerinə yetirir) yerinə yetirmirik. Heç kimin tapşırığı və maddi qarşılığı üçün məhkəməyə müraciət etməmişik. Bunu da sübuta yetirmişik

IRON MAX AZERBAIAN