GÜNDƏM
Son 20 ilin rekord daşqınları müşahidə olundu - Umayra Tağıyeva
Bu ilin iyun ayında son 20 ilin rekord daşqınları müşahidə olunub
İyun ayında ölkənin əsasən, şimal və qərb rayonlarında yağan intensiv leysan yağışları nəticəsində respublika çaylarında 13 daşqın və sel hadisəsi qeydə alınıb. Bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.
O qeyd edib ki, son 20 ildə bu rekord göstərici olub.
"Ən təhlükəli daşqın hadisəsi iyunun 10-da Daşkəsən rayonu ərazisindən axan Gəncəçay-Alaxançallı və iyunun 22-də Goranboy rayonu ərazisindən axan Gorançay-Yuxarı Ağcakənd məntəqələrində qeydə alınıb".
Xidmət rəisi qeyd edib ki, əvvəlki illərlə müqayisədə 2016-cı ildə 9, digər illərdə isə orta hesabla 5-6 daşqın və sel hadisəsi qeydə alınıb.