GÜNDƏM
Yemişi günün hansı saatında yemək lazımdır
Yayın ən sevimli, əvəzolunmaz qidalarından biri də yemişdir. Yemişi xoşlamayan çətin tapılar yəqin ki. Çoxlarının sevimlisi olsa da, yemişin çoxsaylı faydaları haqda yetərincə məlumatlı olanlar azdır.
Yemiş bir çox orqanlara, orqanlar sisteminə faydalıdır. Onun faydalarını saymaqla bitməz. Yemiş gözləri qoruyur, hamilə qalmağa yardım edir, immun sistemini gücləndirir. Artıq çəkidən əziyyət çəkənlər diet proqramlarında yemişə yer verə bilərlər. Az kalorili, liflərlə zəngin olan yemiş bağırsaqların da dostu hesab olunur