Azad Media Susdurula Bilməz!
Beş dəfə xəyanət etmiş arvadını bağışladı: "Pəncərədən içəri baxanda..." - Bakıda şok
GÜNDƏM

Beş dəfə xəyanət etmiş arvadını bağışladı: "Pəncərədən içəri baxanda..." - Bakıda şok

Bakının Sabunçu rayonunda 1990-cı il təvəllüdlü Elşən 24 yaşlı arvadı Lamiyəni (adlar şərti verilib - red.) qətlə yetirib.

Hadisə ötən il noyabrın 29-da Sabunçu rayonunun Pirşağı qəsəbəsində baş verib. Elşən qısqanclıq üstündə həyat yoldaşına bıçaqla çoxsaylı xəsarətlər yetirərək öldürüb.

İstintaq orqanı tərəfindən Elşənin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə) maddələri ilə ittiham elan edilib.

Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Azad Məcidovun sədrliyi ilə araşdırılıb.

"Evimizdə daim münaqişlər olub"

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Elşən bildirib ki, Lamiyə ilə 2013-cü ildə ailə qurublar: "Birgə nikahdan iki övladımız var. Fərdi qaydada usta işləmişəm. Ailə qurduqdan sonra Lamiyə ilə münasibətlərimiz yaxşı idi. Lakin 2019-cu ildən etibarən ailə münaqişələrimiz başladı. Arvadımın anası və atası bizim ailə işlərimizə qarışırdılar. Bu səbəbdən evimizdə daim münaqişələr olurdu.

Bir müddət sonra evdə olmadığım zaman qızımdan Lamiyənin anasıgilin yaşadığı massivdə Könül adlı bir qadının yanına getdiyini öyrəndim. Lamiyədən hansı səbəbə Könülün yanına getdiyini soruşdum. O, Könülün yanına getmədiyini bildirdi

IRON MAX AZERBAIAN