GÜNDƏM
Bakıda sərnişin avtobusu minik maşını ilə toqquşdu
Bakıda marşrut avtobusunun iştirakı ilə qəza baş verib.
Bakı şəhər İcra Hakimiyyəti başçısı yanında Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, bu gün “Kənan-2000” şirkətinin müvəqqəti istismarında olan 70 saylı marşrut xətti üzrə hərəkət edən avtobus minik avtomobili ilə toqquşub.
Daşıyıcı şirkətin direktoru Əbülfət Bayramovun verdiyi məlumata əsasən hadisə nəticəsində avtobusda olan sərnişinlərdən xəsarət alan olmayıb