GÜNDƏM
Nəzarətsiz ərazidə çimən şəxs DƏNİZDƏ BATDI
Novxanıda dənizdə şəxsiyyəti müəyyən olunmayan bir nəfər batıb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Bakufakt.az-a verilən xəbərə görə, nazirliyin "112" qaynar telefon xəttinə Abşeron rayonunun Novxanı kəndində dənizdə (nəzarətsiz ərazi) 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) batması barədə məlumat daxil olub.
FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub